“Eurovision-2013” mahnı müsabiqəsinin keçiriləcəyi şəhər müəyyənləşib

8 İyul 2012 20:32 (UTC+04:00)
APA-nın məlumatına görə, müsabiqəyə İsveçin Malmö şəhəri ev sahibliyi edəcək. 2013-cü ildə İsveçdə keçiriləcək "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyi etmək üçün üç şəhərin namizədliyi irəli sürülmüşdü. Malmö Stokholm və Höteborq şəhərlərini geridə qoyaraq bu şansı əldə edib.
Qeyd edək ki, Bakıda keçirilən "Eurovision-2012" mahnı müsabiqəsində İsveç təmsilçisi Loreen qalib gəlib.