Tərtər sakininin cəsədi təhlükəli ərazidən götürülüb
20 İyul 2014 21:02 (UTC+04:00)
Ötən gün cəbhənin Tərtər istiqamətində Ermənistan silahlı
qüvvələrinin atəşinə tuş gələn Tərtər sakininin cəsədini təmas
xəttinə yaxın olan ərazidən götürmək mümkün olub.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Mübariz Əliyevin
cəsədini təmas xəttində xidmət edən Şuşa polisi ilə birgə Tərtər
rayon polis şöbəsinin əməkdaşları təhlükəli ərazidən saat 21
radələrində çıxarıb.
Cəsəd ilkin olaraq Tərtər rayon xəstəxanasının morquna gətirilib.
Meyit daha sonra ailəsinə təhvil veriləcək.
Qeyd edək ki, dünən evdən balıq tutmaq ücün çıxan Tərtər sakinini
ermənilər snayperlə vurub. Mübariz Əliyev 2 azyaşlı uşaq atası
olub.