Rusiyada Putinin populyarlığı rekord vurdu
20 İyul 2014 23:03 (UTC+04:00)
Rusiyada prezident Vladimir Putinin populyarlığı
son illərin ən yüksək səviyyəsinə çatıb.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
"Gallup" sosioloji xidməti tərəfindən keçirilmiş sorğunun
nəticələrinə görə ruslar Putinə tam etimad göstərir. Tədqiqat
həmçinin göstərib ki, rusiyalılar hökumətdən, azadlıqdan və
iqtisadiyyatdan razıdır. Və hətta son dərəcə aşağı səviyyədə olan
seçkilərə etibar kəskin dərəcədə yüksəlib.
"Gallup" sorğusunun nəticələrinə görə, 83%
rusiyalı Putinin rəhbərliyini bəyənirlər. Son il ərzində Rusiyada
prezidentinin məşhurluğunun artması 29% təşkil
edib.
Həmçinin, 6 il ərzində ilk dəfə rusiyalıların 73%
hesab edirlər ki, ölkə rəhbərliyi düzgün siyasi kurs seçib.