Bakıda 18 yaşlı qız özünü asdı

21 İyul 2014 12:18 (UTC+04:00)

Bakıda gənc qız özünə qəsd edib. Qaradağ rayonunda 18 yaşlı Minayə Orucova özünü yaşadığı evin həyətində üzüm çardağından asıb. 


Qardağ rayon Prokurorluğundan Milli.Az-a bildirilib ki, faktla bağlı cinayət işi başlanıb, intiharın səbəbi araşdırılır.