İynəsiz peyvənd olacaq

9 İyul 2012 12:07 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Yaponiya alimləri bildiriblər ki, gələcəkdə iynədən istifadə etmədən vaksinasiya aparmağa imkan verilən zülal növünü aşkar ediblər. Tədqiqatçılar siçanların bağırsağının selikli qişasında yeni zülal növünə rast gəliblər.Onların dediyinə görə, bu zülal vaksinin sorulmasını sürətləndirir. Həmin zülalın köməyi ilə yeni peroral vaksin də hazırlanıb.Yaponiyalı mütəxəssislər qeyd edirlər ki, onlar laboratoriya siçanlarına botulini yeridəndə həmin vaksin işə düşüb. Peroral vaksin almamış siçanlar isə iynədən bir-neşə saat sonra tələf olublar, peyvənd alanlar isə iynədən sonra düz bir həftə yaşayıblar. Alimlər təsdiq edirlər ki, bu kəşf qrip və vəbaya qarşı yeni peroral vaksinlərin icad edilməsinə yol açır.