Canlı verilişdə sürpriz pişik - VİDEO

9 İyul 2012 12:47 (UTC+04:00)
Movqe.Az bildirir ki, Nikol DiDonato adlı gənc qadın televiziyada ABŞ-ın müstəqillik bayramı ilə əlaqədar 4 iyul təbriklərini çatdıran zaman çiyininə qonaq olan dəvətsiz qonaq üzündən çaş-baş qalıb.

Lakin, qısa müddətdə qarışıqlığını aradan qaldıran DiDonato, təqdimatı tamamlamaq və pişiyi qorxutmamaq üçün ciddi reaksiya verməyib. Yaramaz pişik isə özünə DiDonatonun çiyinində rahat bir yer əldə edərək kameralara poza verib. DiDonato yaşadığı hadisəni "Twitter" səhifəsinə "Dərsimi aldım: Bir də yayım əvvəli heç bir pişiklə göz-gözə gəlməyəcəyəm" deyərək yazıb.