Nabranda ayağını itirən 4 yaşlı uşaq idmançı ola bilər
21 İyul 2014 19:18 (UTC+04:00)
Ötən il Nabranda istirahət mərkəzində ayağını
itirən 4 yaşlı İmran Cəfərov Uşaq Paralimpiyasına qoşulub.
Movqe.az xəbər verir ki, bu barədə
ans press-ə Azərbaycan Milli Paralimpiya Komitəsinin İnkişaf,
İnformasiya və tədris şöbəsinin müdiri, Uşaq Paralimpiya
Komitəsinin icraçı direktoru Kamal Məmmədov məlumat verib.
O, qeyd edib ki, Nabranda ayağından
zədə almış İmran Cəfərov valideyinləri ilə birlikdə Milli
Paralimpiya Komitəsinə dəvət olunub və İmranın Uşaq paralimpiya
Komitəsində yaradılmış üzgüçülük idman növünə cəlb olunması təklif
olunub. "İdman növü haqqında ətraflı
məlumat verilərək izah edilib ki, İmranın bu idman növünə cəlb
edilməsi onun reabilitasiya keçməsi ilə bərabər cəmiyyətə
inteqrasiya olunamsına şərait yaradacaq. Görüş zamanı onlar
üzgüçülük idman növü üzrə məşqçi ilə tanış edilmiş və qərara alınıb
ki, növbəti həftədən İmran məşqlərə başlasın. Məşqlər ilk dövrlərdə
komitənin psixoloqu və valideyinlərin iştirakı ilə
keçiriləcək".
Qeyd edək ki, 2013-cü ilin iyul ayında Nabrandakı
istirahət mərkəzlərinin birində ayaqlarından zədə almış 3 yaşlı
İmran Cəfərov president İlham Əliyevin tapşırığı ilə dövlət
hesabına Almaniyada müalicə alıb.