Süni süd istehsal olunacaq

22 İyul 2014 08:20 (UTC+04:00)

Hindistan mənşəli üç İrlandiya biomühəndisi- Rian Pandiya, Perumal Qandi və İşa Datar süni süd hazırlamaq üzərində işləyirlər və növbəti ildə yeni məhsulun ilk nümunələrini almağı planlaşdırırlar, 3 il keçdikdən, yəni lazımi testlər başa çatdıqdan sonra isə inəklərin iştirakı olmadan istehsal olunan süd satışa çıxarıla bilər.

Müəlliflərin sözlərinə görə, bu südün tərkibində laktoza və xolestrin olmayacaq. Bu isə onu laktozaya qarşı dözülməzliyi olan və həmçinin arıqlamaq istəyən insanlar üçün zərərsiz edəcək. Qalan maddələr- vitaminlər, minerallar, yağ və zülallar isə olduğu kimi qalacaq.

Alternativ süd maya bitkiləri vasitəsilə istehsal olunacaq, buna görə də onun maya dəyəri inək südünə nisbətən çox aşağı olacaq. Bundan başqa, süni süd insanın ətraf mühitə zərərli təsirini azaltmaqda kömək edəcək.

Ilk növbədə, yeni məhsul əhalisinin böyük hissəsi laktozaya qarşı əziyyət çəkən Asiya əhalisi üçün faydalı olacaq.