FİFA araşdırmanın nəticələrini sentyabrda açıqlayacaq

22 İyul 2014 12:41 (UTC+04:00)

FİFA 2018 və 2022 Mundialına ev sahibliyi edəcək ölkələrin seçimi ilə bağlı araşdırmalarını hələ də davam etdirir. Movqe.az  Goal.az-a istinadən xəbər verir ki, araşdırmanın nəticələri sentyabrda açqılanacaq. Qurum rəsmisi Michael Garcia təhqiqat aparılan iş üzrə sənədləri iyulda təqdim etməli idi.

FİFA-dan verilən məlumata görə araşdırmaların nəticəsi barədə yekun rəy sentyabrın ilk günü veriləcək.