Avropa Liqasının adı dəyişir

8 Aprel 2012 02:05 (UTC+04:00)

Avropa Liqasında yeni tendensiya formalaşır. Apasport.az saytının məlumatına görə, qitənin 2-ci dərəcəli klub turniri sayılan yarışda yenə yarımfinalaPireney yarımadasının təmsilçiləriçıxıb. Bu gedişlə turnir Avropa Liqası adı ilə vidalaşıb Pireney Liqasına çevrilmək təhlükəsi ilə üz-üzə gəlib. Çünki yarışa qatılan digər 51 ölkənin təmsilçiləri İspaniya Portuqaliyakomandalarının hegemonluğuna yalnız tamaşaçılıq edir. Bu mövsüm belə oldu. İspaniya klubları "Valensiya", Atletik" "Atletiko" yarımfinalda ispan triosunu təşkil edəcək. Onların yeganə rəqibi isə yarımada üzrə qonşu olan "Sportinq"dir. Bu ötənilki ssenarinin redaktə olunmuş variantıdır. Belə ki, 1 il əvvəl yarımfinaldayalnız Pireney klubları oynayırdı. Lakin indikindənfərqli o vaxt Portuqaliya 3, İspaniya 1 komanda ilə finalın 1 addımlığında dayanmışdı. Bu dəfə ispan yarımfinalıizləyəcək azarkeşlər onda portuqal yarımfinalı izləmişdi. Bir il əvvəl Portuqaliyanın triosu – "Benfika", "Braqa" "Porto"nun qarşısına çıxan ispan "Vilyarreal"ı elə ? finalda dayanmışdı. Sonda kuboka yiyələnən "Porto" həlledici matçda "Braqa" zərərsizləşdirmişdi.