Ac qalan uşağı it yedizdirdi

9 İyul 2012 12:55 (UTC+04:00)
Movqe.Az bildirir ki, Hindistanın şərqində yerləşən Jarkhand əyalətinin yoxsul məhəllələrindən birində yaşayan 6 yaşlı Çotu Qumar aclığını bir küçə itindən süd əmərək aradan qaldırır. Atası 4 il əvvəl öldüyündən bəri anası,  nənəsi və 2  qardaşıyla birlikdə çətin dolanan Çotu Qumar, "İt mənə balalarından biri kimi davranır" sözlərini söyləyib.

İtin doyurduğu uşaq nəzarətə alınıb​​.