“Elektron hökumət” portalında yeni bölmə istifadəyə verilib

22 İyul 2014 15:15 (UTC+04:00)

"Elektron hökumət" portalında yeni "Mənim xidmətlərim" bölməsi təqdim edilib. Movqe.az-ın xəbərinə görə, istifadəçilər bu bölməyə ən çox istifadə etdikləri elektron xidmətləri əlavə etmək imkanı qazanırlar: "Tez-tez istifadə etdikləri elektron xidməti portalda yerləşən ümumi elektron xidmətlərin siyahısından deyil, özlərinə məxsus "Mənim xidmətlərim" pəncərəsindən asanlıqla seçib yararlana bilərlər".

 

Xidmətləri əlavə etmək üçün ümumi siyahıda yerləşən elektron xidmətlərin yanında qeyd olunan ulduz işarəsini seçmək kifayətdir. Seçilən xidmətlər həmin pəncərədə öz əksini tapacaq.

 

Qeyd edək ki, istifadəçilər bu imkanı autentifikasiyadan keçdikdən sonra əldə edə bilərlər.