"AST Telman"ı məhkəməyə verdilər

22 İyul 2014 18:50 (UTC+04:00)

Azərbaycanlı iş adamı Telman İsmayılov məhkəməyə verilib

"Qafqazinfo" Rusiya KİV-nə istinadən xəbər verib ki, "Sezaria Ltd"-nin də tərkibinə daxil olduğu "Manqazeya" şirkətlər qrupunun rəhbəri Sergey Yançukov İsmayılova qarşı London Arbitraj Məhkəməsində iddia qaldırıb.


Telman İsmayılovun "Tandum" şirkəti ilə əməkdaşlıq edən "Sezaria Ltd" şirkəti iş adamından 135 milyon dollar borcunu tələb edib. 


İddiaçı İsmayılovun şirkətinin sazişin şərtlərinə əməl etmədiyini və müqaviləyə uyğun olaraq 135 milyon dollar ödəməli olduğunu bildirib. 


İddiaya yaxın zamanlarda baxılacağı gözlənilir.