Azərbaycanlı qadın biznesmen oteldə ölü tapıldı

22 İyul 2014 20:24 (UTC+04:00)
Azərbaycandan Pakistana gedən qadın biznesmen bu ölkədəki otellərdən birində ölü tapılıb. Movqe.az Virtualaz.org-a istinadən məlumatına görə, qadının cəsədi Kəraçidəki Saddar otelində aşkar edilib. Mustafayeva soyadlı qadın iyulun 17-də biznes məqsədi ilə Azərbaycandan Kəraçiyə gedib və onun iyulun 23-də geriyə qayıtmaq üçün bileti olub. Pakistan polisindəki mənbə bildirib ki, qadının qaldığı oteldə ölü tapıldığı barədə məlumatı polisə otel meneceri verib. Otaq xidməti Mustafayevanın qaldığı otağa daxil olanda qadının cəsədi ilə qarşılaşıb. Polis bildirib ki, qadının cəsədi mülki xəstəxanaya aparılıb və orada həkimlər ölümün ürək tutmasından baş verdiyi qənaətinə gəliblər.