Lənkəran və Lerikdə yanğnların qarşısı alınıb

23 İyul 2014 11:17 (UTC+04:00)

Yanğının söndürülməsinə FHN-in Aviasiya Dəstəsi, Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və şəxsi heyəti cəlb edilib

 Fövqəladə Hallar Nazirliyi (FHN) Lerik və Lənkəran rayonları ərazisində baş verən yanğınlarla bağlı məlumat yayıb.

Movqe.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, məlumatda bildirilir ki, Lerik rayonu, Piran kəndində (rayon mərkəzindən 35 km aralı) dağlıq ərazidə, meşə zolağında 30 ha sahədə yanğın hadisəsi baş verib.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsi, Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və şəxsi heyəti cəlb edilib.

Yanğının söndürülməsində meşə təsərrüfatı əməkdaşları və yerli əhali də iştirak edir.

Hazırda yanğının qarşısı alınıb, söndürülməsi üzrə işlər davam etdirilir.

Lənkəran rayonu Hirkan Milli Parkının (rayon mərkəzindən 8 km aralı) ərazisində dağlıq meşə zolağında isə 5 ha sahədə yanğın hadisəsi baş verib.