Torpaq sürüşməsi baş verib

9 İyul 2012 14:30 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Çinin cənubundakı Siçuan əyalətində torpaq sürüşməsi baş verib. Çin mətbuatından verilən məlumatlara görə iyun ayının sonunda  Ninqnan qəsəbəsində baş verən və ilkin məlumatlara görə 4 adamın dünyasını dətişməsinə səbəb olan  torpaq sürüşməsi fəlakətində ölənlərin sayı 14-ə çatıb. Hələ də 26 adamın itkin olduğu bildirilən xəbərdə, axtarış işlərinin davam etdiyi, cəsədləri tapılan çinli vətəndaşların DNT üsulu ilə şəxsiyyətinin təsbiti edildiyi qeyd edilib. Xatırladaq ki, Çində ötən ay sonunda şiddətli yağışların səbəb olduğu torpaq sürüşmələrində 50 adam dünyasını dəyişmişdi.