Partlayış olub

9 İyul 2012 14:33 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Çinin cənubunda , Hunan əyalətində yerləşən  kömür mədənində baş verən  partlayış nəticəsində 7 nəfər mədən işçisi dünyasını dəyişib. Çin mediasının verdiyi xəbərə görə Lianyuan şəhərindəki mədəndə baş verən partlayış zamanı 46 işçi olub.Qəza nəticəsində 7 işçinin öldüyü, geri qalan 39 işçinin isə qaçaraq partlayışdan xilas olduğu  bildirilib. Xəbərdə, qəza ilə əlaqədar geniş əhatəli tədqiqat işlərinin aparıldığı, partlayışın baş vermə səbəbinin araşdırıldığı ifadə edilib.