Qırmızı xaç:`Kəlbəcərli girovlardan xəbərimiz yoxdur`

23 İyul 2014 13:20 (UTC+04:00)

BQXK-nın Kəlbəcərdəki girovlarımızın qohumlarına cavabı gözlənilməz olub.  Xəbər verdiyimiz kimi, artıq 10 günə yaxındır Kəlbəcərdə - doğma torpaqlarında işğalçı ermənilər tərəfindən girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi ilə maraqlanmamasına etiraz əlaməti olaraq Tərtərin Qapanlı kənd sakinlərinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin Bərdədəki ofisi qarşısında planlaşdırılan piketi bir qədər əvvəl baş tutub. Bu barədə hafta.az-a Şahbaz Quliyevin qohumu Namiq Hüseynov məlumat verib. Onun sözlərinə görə, 2 saat yaxın gözlədikdən sonra piket iştirakçılarından 3-nü – Şahbaz Quliyevin əmisi oğlu Natiq Quliyev, qohumları Daşqın Əliyev və Nizami Əhmədovu qəbul edən BQXK-nin Bərdə ofisinin rəhbərliyi onlara qəribə cavab verib. Guya Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqda olması barədə məlumatı yalnız indi onlardan öyrəniblər. Halbuki olaydan dərhal sonra Azərbaycan hökuməti BQXK-yə məlumat çatdırıb. Və baş nazirin müvaini Əli Həsənov BQXK-nin Azərbaycan nümayəndəliyinə girovlarla tezliklə görüşməyəcəkləri təqdirdə respublikadan çıxarılacaqları ilə bağlı xəbərdarlıq etmişdi.