Millət vəkili əsgərlərlə (FOTO)
24 İyul 2014 10:55 (UTC+04:00)
Qazaxda ön cəbhədə yerləşən hərbi hissədə Qənirə Paşayevanın
kitablarının imzalanması mərasimi keçirilib. Movqe.az xəbər verir
ki, millət vəkilinin Ermənistanla 168 km məsafədə yerləşən Qazax
rayonunda ön cəbhədə əsgər və hərbiçilərimiz üçün kitablarının
imzalanma mərasimi təşkil edilib.
"Ölkəmizin möhkəmliyi üçün gələcək nəslin nümayəndələrinin savadlı,
təhsilli və elmə meyilli və zəngin dünyagörüşünə malik olması əsas
şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan,
öyrənməkdən keçir!" - deyə, xanım Paşayeva bildirib.
O, əsgər və hərbiçilərə müəllifi olduğu kitablar barədə qısa
məlumat verdikdən sonra onlarla cəmiyyətdə kitab oxumağa meyilliyin
artmasının vacibliyi barədə fikir mübadiləsi də aparıb. Maraqlı
keçən söhbət və görüşün sonunda Qənirə Paşayeva kitablarının
təqdimatı və imzalanma tədbirlərinin onun üçün böyük məna
daşıdığını vurğulayıb.
"Qazağın bir neçə kəndinin də Ermənistanın işğalı altında olmasının
böyük üzüntü olması barədə danışan millət vəkili Qənirə Paşayeva
inşallah yaxın günlərdə bu cür tədbirləri, təqdimat və
imzalanmaları Ali Baş Komandanın rəhbərliyi ilə işğaldan azad
edəcəyimiz o gözəl torpaqlarımızda, o cümlədən Qazağımızın o gözəl
kəndlərində də qeyd edə bilək" - deyə millət vəkili bildirib.
Əsgər və hərbçilər adından millət vəkili Qənirə Paşayevaya
təşəkkürünü bildirən hərbi hissənin rəhbərliyi bu tədbiri əsgər və
hərbçilərin unutmayacağını deyərək müəllifin imzası ilə verilən
hədiyyə kitablarının onlar üçün çox dəyərli olacağını söyləyib.