Sentyabr ayında toy edəcək

9 İyul 2012 15:51 (UTC+04:00)

Movqe.Az türk mediasına əsasən bildirir ki, "TNT" kanalında təqdim etdiyi "İzdivaç" proqramında 2 il ərzində onlarla cütü evləndirən Ataizi, bu dəfə özü nigah masasına oturacaq. Keçən oktyabr ayında Harveyin romantik bir evlənmə təklifi etdiyi və xüsusi hazırlatdığı bir nişan üzüyünü taxdığı Ataizi əvvəl yaz, sonra da yay aylarında evlənməyi planlaşdırdığını açıqlayıb. Toy məsələsinə çox ciddi yanaşan Ataizi əvvəl toyu xaricdə etməyi düşünürdü. Sonra bu qərarından imtina edən Ataizi, "B & C Atelier D'Ambiance" şirkətinin sahibləri Betina Maç və Candan Kramerlə razılaşıb. Bu günlərdə nigah gününü dəqiqləşdirməyə çalışan Ataizi sentyabrda möhtəşəm bir toy etməyi planlaşdırır.