Məhkəmə qərarı :"Uzunqulaqlar tək yaşamamalıdır!"

25 İyul 2014 12:04 (UTC+04:00)

Almaniyanın Rhein Pfalz əyalətində yerləşən Trier İdarə Məhkəməsi uzunqulaqlarla əlaqədar qərar qəbul edib. Məhkəmə bir eşşəyin təkcə yaşamasının doğru olmadığına, öz cinsindən ən az bir heyvanın da yanında olması lazım olduğuna qərar verib.


Movqe.Az xəbər verir ki, qərarda səbəb olaraq uzunqulaqların ictimai ünsiyyətə ehtiyac duyan heyvanlar olduğu bildirilir və fermalarda tək böyüdülən uzunqulaqların heyvan haqqlarına zidd olduğuna yer verilir. 

Trier Əyalət Məhkəməsi ikinci bir uzunqulağın gəlməsi halında ayrılması lazım olan sahənin 500 m² deyil 50 m² olması lazım olduğuna hökm verib.


Ferma sahibinin məhkəmənin bu qərarına etiraz etmə haqqı var.