Payızda Həştərxanda IV Xəzər sammiti keçiriləcək

24 İyul 2014 18:20 (UTC+04:00)

Rusiya payızda Həştərxanda keçiriləcək 4-cü Xəzər sammitinə hazırlaşır. Sammit Xəzər dənizinin hüquqi statusu məsələsi müzakirə ediləcək.

Anspress-in məlumatına görə, bunu Rusiya Xarci İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov "Ria Novosti" agentliyinə müsahibəsində deyib.


Onun sözlərinə görə, sammit zamanı Xəzərin hüquqi statusu ilə bağlı irəliləyişin əldə olunması planlaşdırılır.

Sammitdə Xəzəryanı dövlətlərin rəhbərlərinin iştirakı planlaşdırlır. 


Qeyd edək ki, Rusiya baş naziri Dmitri Medvedev sammitin tədbilər planını artıq təsdiqləyib.


Xatırladaq ki, 3-cü sammit 2010-cu ildə Bakıda keçirilib.