Yeni kəşf

9 İyul 2012 16:21 (UTC+04:00)

Movqe.az  "BBC"yə istinadən xəbər verir ki, görünüşcə bir-birinə bənzəyən quşların səsləri müxtəlif olur. Kanadalı tədqiqatçılar quşların oxuduqları melodiyalara və lələklərinin rənginə görə onların növlərini müəyyən etməyi kəşf ediblər. Komanda müəyyən edib ki, eyni bölgədə yaşayan quşlar görünüşlərinə görə oxşasalar da, tamamilə fərqli səslərə malikdirlər. Bu təkamül qanunu quşların növlərini müəyyən etməyə kömək edir. Ottava təkamül konqresində Dr.Paul Martin öz komandasının tədqiqatlarından danışıb. Onun komandası 250 quş növü üzərində araşdırma aparıb. O bildirib ki, əslində fərqli olmaq quşların həyatda qala bilmələri üçün çox vacibdir. Fərqli rənglər və melodiyalar onların öz növləri ilə cütləşməsində də böyük əhəmiyyətət kəsb edir