700 bal toplamış tələbələr deputatlarla GÖRÜŞDÜ - FOTOLAR

24 İyul 2014 19:30 (UTC+04:00)

Parlament Jurnalistləri Birliyinin təşəbbüsü ilə Azərbaycan ali məktəblərinə keçirilmiş imtahanlardan yüksək bal toplamış  tələbələrlə  Milli Məclisin deputatlarının görüşü keçirilib. Movqe.az xəbər verir ki, 700 bal toplamış tələbərlə "Gənclər Evi"ndə keçirilən görüşdə  deputatlar Fuad Muradov, Sahibə Qafarova, Qənirə Paşayeva və "İrəli" Gənclər Hərəkatının sədri Mirhəsən Seyidov iştirak edib. Toplantını giriş sözü ilə açan PJB-nin sədri Elşad Eyvazlı böyük uğur münasibəti ilə tələbələri təbrik edib.  Milli Məclisin deputatı Sahibə Qafarova gənclərin qazandığı yüksək göstəriciləri "böyük nailiyyət" adlandıraraq qeyd edib ki, oxumaq istəyi olmasaydı,  bu ad qazanıla bilməzdi. Onun sözlərinə görə,  700 bal toplamış tələbələr bu istedadı indi oxuyacaqları  ali məktəblərdə də nümayiş etdirməlidirlər. Deputat bildirib ki, ən vacib olan gənclərin öz bilik və bacarıqları ilə ölkəmizin adını ucaltmalarıdır.Milli Məcliisn deputatı Fuad Muradov deyib ki, yüksək nəticələr hər bir tələbinin şəxsi nailiyyəti ilə yanaşı dövlət üçün də mühüm nəticədir.  Tələbələrə Prezident təqaüdü alacaqlarını xatırladan deputat vurğulayıb ki, bununla da gənclərin üzərinə həm də ictimai yük düşür. "Belə yüksək bal həm də sizin çiyninizə ictimai məsuliyyəti də qoyur.  Prezident İlham Əliyevin böyük önəm verdiyi gənclər siyasətinin hədəfi peşəkar və savadlı kadrları önə çəkmək və idarəçilik sisteminə gətirməkdir.  Bunun üçün peşəkar və bilikli olmaq vacib məsələdir"-deyə deputat vurğulayıb. 

F.Muradov qeyd edib ki, bu gün dövlət başçısı tərəfindən aparılan siyasət nəticəsində ölkə gənclərinin özlərini istənilən sahədə təsdiq etmək üçün unikal imkanları yaranıb.  "Torpaqlarımız işğal altındadır. Hər bir gənc özünün bacarığı və qabiliyyəti ilə torpaqlarmızın azad olunması, ölkəmizin haqq səssinin dünyaya çatıdırlması üçün İlham Əliyev tərəfindən aparılan siyasətdə öz bacarıq və töhfələrini verməlidir"-deyə F. Muradov vurğualyıb. 

Millət vəkili Qənirə Paşayeva bildirib ki, bu gün vətənpərvərlik üçün ən yaxşı göstərici yüksək təhsil, öz işində peşəkar olmaqdır.  "Patriotluq sözdə deyil, əməldə olmalıdır"-deyən deputat vurğulayıb ki, 700 bal toplamış bu tələblərin nailiyyəti  vətənpərvərliyin bariz nümunəsidir.

"Sizin kimi gənclərin bu gün cəmiyyətə təqdim olunmasına böyük ehtiyac var. Çünki bu ölkədə elmin təbliğ olunmasında böyük rol oynayır. Siz Azərbaycanın simasısıınız. Yaxşı vətəndaş olmaq həm də ictimai yükün altına girməkdir. Bu baxımdan sizin üzərinizə böyük məsuliyyət düşür"-deyə deputat vurğulayıb.

"İrəli" Gənclər Hərəkatının sədri Mirhəsən Seyidov qeyd edib ki, son illər 700 bal yığmış gənclərin geniş təbliği və təqdim olunması gənclər üçün çatmaq istədikləri uğur modelini formalaşdırıb. 

M. Seyidov rəhbərlik etdiyi təşkilat tərəfindən gənclərə hər cür dəstək olmağa hazır olduğunu vurğulayıb.

Gənc tələbələr çıxış edərək görüş üçün təşəkkür ediblər və onları maraqlandıran sualları deputatlara ünvanlayıblar. Tədbirin sonunda tələbələrə hədiyyələr təqdim olunub.