Azərbaycan vergidən yayınan iki nəfəri beynəlxalq axtarışa verib

25 İyul 2014 12:50 (UTC+04:00)

Azərbaycan vergidən yayınan daha iki nəfəri beynəlxalq axtarışa verib.


APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

 

Məlumata görə, 51 yaşlı Sergey Slobodin və 47 yaşlı Ruslan Çobanov Cinayət Məcəlləsinin 213-cü (vergidən yayınma) maddəsi ilə təqsirləndirilirlər.

 

Hər iki şəxs Azərbaycandan qaçıb, onların saxlanılması üçün İnterpola müraciət olunub.

 

Hazırda dövlətlərarası axtarış tədbirləri davam etdirilir.