Dini Komitəyə əlavə səlahiyyət verildi - FƏRMAN

25 İyul 2014 16:36 (UTC+04:00)

Dövlət başçısı İlham Əliyev "Qrant haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" prezidentin fərmanında dəyişiklik edib. Fərmanla bir neçə mərkəzi icra hakimiyətləri orqanlarına əlavə səlahiyyət verilib. Fərmana əsasən, kommersiya qurumları ilə münasibətləri İqtisadiyyat və Sənaye Nazirliyi, digər qeyri-kommersiya qurumları və fiziki şəxslərlə münasibətləri Ədliyyə Nazirliyi həyata keçirəcək.

 

Fərmanda Dini Komitəyə də əlavə səaliyyət verilib. Belə ki, qrantlarla bağlı dini qurumlara münasibətləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həyata keçirəcək.(lent.az)