ABŞ: Rusiya hücuma hazırlaşır
26 İyul 2014 13:00 (UTC+04:00)
Rusiya Ukrayna ilə sərhəd boyu 15 min əsgər yığıb.
Bu barədə ABŞ-ın NATO üzrə səfiri Devid Fev bildirib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu Pentaqonun daha
əvvəl təqdim etdiyi rəqəmləri aşır.
Daha əvvəl ABŞ rəsmiləri Ukrayna ilə sərhəd bölgələrdə 12 mindən
çox olmayaraq əsgərin yerləşdirildiyi barədə məlumat verirdilər.