"Nə baş verdi bilmədim"

26 İyul 2014 17:47 (UTC+04:00)

Əfsanəvi ulduz futbolçu Dieqo Maradona Argentinanın mundialın finalındakı oyununu tənqid atəşinə tutudu.


Goal.az xəbər verir ki, o,  yığmanın final oyununda ümumiyyətlə oynamadığını bildirib:


"Nə baş verdi bilmədim. Lionel Messinin arxasınca apardığı komanda hər oyunda rəqibə 3 qol fərqi ilə qalib gəlmək əzmində idi. Amma bu heçdə belə olmadı."


Xatırladaq ki, komanda "DÇ-2014"ün final matçında Almaniyaya 0:1 hesabı ilə məğlub olaraq, mundialı ikinci yerdə başa vurdu.