Həkimlər 44 yaşlı kişini qadın çıxardı
26 İyul 2014 21:13 (UTC+04:00)
Çinin Çjenyan əyalətininin Çen adlı 44 yaşlı kişinin qadın olduğu
üzə çıxıb. Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , tibb
işçiləri pasiyenti müayinə edərkən, onun əslində qadın olduğu
qənaətinə gəliblər. Həkimlərin ona verdikləri xəbərə inanmayan Çen,
evli olduğunu bildirib.
Çen qarnının aşağı hissəsində ağrı hiss etdiyi üçün həkimə müraciət
edib. Xəstəni müayinə edən həkim ona bildirib ki, bu nasazlıq
uğursuz menstruasiyanın (aybaşı) yaratdığı ağrılardır. Məlum olub
ki, kişi cinsinin nümayəndəsində hülqum almacığı və xirtdək yoxdur,
əvəzində isə uşaqlıq və yumurtalıqlar var.
"Pasiyentin əynində şalvar vardı və o, saçlarını çox qısa
kəsdirmişdi. O, zərrə qədər də olsun qadına bənzəmirdi" -deyə
xəstəxananın baş həkimi bildirib.
Tibbi personal Çenə nasazlığının aybaşı ilə əlaqəli olduğunu
bildirdikdə, o, qışqır-bağır salıb. Xəstə evli olduğunu və arvadı
ilə müntəzəm olaraq intim əlaqədə olduğunu söyləyib. Bir sözlə,
həkimlər ona inanmayıblar.
Versiyalardan birinə görə Çen testosteronu artıq istehsal edən
nadir xəstəlikdən əziyyət çəkir ki, qadın orqanizmi bu zaman
deformasiyaya uğraya bilər. Həkimlər təəssüflə bildiriblər ki,
Çenin xəstəliyi gecikmiş mərhələdə olduğundan müalicəsizdir. Оnun
gələcək taleyi haqqında məlumat verilmir.
Kişinin əks cinsin nümayəndəsi olmasından xəbər tutması ilk hadisə
deyil. Belə ki, Honkonq şəhərinin yaşlı sakininə də xəstəxanada bu
xəbər verilmişdi.