FHN Gəncədə yanan evlə bağlı məlumat yayıb
27 İyul 2014 12:15 (UTC+04:00)
Fövqəladə Hallar Nazirliyi Gəncədə yaşayış evində baş vermiş
yanğınla bağlı məlumat yayıb.
Movqe.az -ın nazirliyin saytına istinadən verdiyi məlumata görə,
Gəncə şəhəri, Nizami rayonunda ümumi sahəsi 280 kv.m olan kommunal
tipli, 4 ailəyə məxsus birmərtəbəli yaşayış evində vətəndaşa məxsus
ümumi sahəsi 50 kv.m olan 3 otaqlı mənzilin yanar konstruksiyaları
və ev əşyaları yanıb.
Yanğın zamanı 1 nəfər qadın və 2 azyaşlı uşaq tüstüdən boğulmuş
vəziyyətdə Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil
verilib. Digər mənzillər yanğından mühafizə olunub.
Yanğın saat 00:50-də yanğınsöndürən