Bərzani müsəlmanları İŞİD-ə qarşı qızışdırdı

27 İyul 2014 15:02 (UTC+04:00)
İraq Kürd Yerli Administrasiyasının (İKYA) başçısı Məsud Bərzani İŞİD-i təqndiq atəşinə tutub.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, İKYA başçısı Məsud Bərzani İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının Mosuldakı müqəddəs yerləri, məscidləri, türbələri dağıtmasını kəskin şəkildə tənqid edib.

Bərzaninin bu barədə sözləri İraq Kürd Yerli Administrasiyasının rəsmi saytında yer alıb.
"Mosul şəhərinin müqəddəs yerləri, türbələr partladılır. Terroristlər insani dəyərləri ayaq altına alaraq dini və mədəni irsləri yox etməyə çalışırlar." –deyə Bərzani bildirib.

O, silahlı qruplaşmanın peyğəmbər və alimlərin türbələrini hədəf seçməsini mədəniyyətsizlik adlandırıb və qəti şəkildə qınadığını qeyd edib:
"Ümid edirəm ki, həqiqi müsəlmanlar bu böyük hörmətsizliyi qəbul etməzlər. Onların etdiyi bu hörmətsizliyin əvəzi ödənməlidir."

Qeyd edək ki, İŞİD silahlıları Suriyada və İraqda ələ keçirdiyi ərazilərdə yerləşən istər xristian, istərsə də müsəlman abidələri olsun, hamısını məhv edirlər.