Tanınmış orqan ifaçısı Bakıya gəlir
27 İyul 2014 15:15 (UTC+04:00)
Avqustun 4-də Niyazinin mənzil muzeyində tanınmış orqan ifaçısı
Cəmilə Cavadova-Spitsberq ilə görüş keçiriləcək.
Muzeydən bildiriblər ki, Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının məzunu olan ifaçı bir çox nüfuzlu müsabiqələrin
iştirakçısıdır.Movqe.az Azertac-a istinadən xəbər verir ki ,
sonralar Hollandiyada təhsil alan musiqiçi keçmiş SSRİ məkanında,
Avropada, o cümlədən Hollandiya, Almaniya və İngiltərədə, həmçinin
ABŞ-da konsert proqramları ilə çıxış edib.
Cəmilə Cavadova-Spitsberq Azərbaycanda musiqi ifaçılığı sənəti
doktoru adını qazanmış ilk orqan ifaçısıdır. O hazırda ABŞ-ın Texas
ştatının Dallas şəhərində yaşayır və bu şəhərdəki Dövlət
Universitetində professor-mühazirəçidir. Eyni zamanda, solo və
ansambl ifaçısı kimi də fəaliyyət göstərir.