Kişilərin futbol sevgisinin səbəbləri
27 İyul 2014 23:09 (UTC+04:00)
Görəsən, niyə xüsusilə kişilərin həyatında futbol matçlarını seyr
etmək, bir futbol komandasının tərəfdarı olmaq bu qədər
əhəmiyyətlidir? Niyə kişilər futbolu fanatik olma dərəcəsində bu
qədər çox sevib təqib etməyə çalışır, hətta bütün plan və
proqramlarını matç saatlarına görə qururlar? Azrkeşlik etdikləri
komandanın qazanmalarından çox xoşbəxt olub, itirdiklərində
depressiyaya girəcək qədər özlərini pis hiss edirlər?
Movqe.az tibb.az-a istinadən xəbər verir ki , bu və digər sualların
cavablarını idmansevərlərlə bərabər psixoloqlar illərdən bəri
araşdırmaqdadır. Araşdırmalara görə xüsusilə kişilərin matç seyr
etməsinin ən əhəmiyyətli səbəblərindən biri fikirlərini
dağıtmasıdır. Futbol gərgin iş rejimindən, gündəlik həyatın
gətirdiyi məsuliyyətlərdən qurtuluş vasitəsidir.
Eyni zamanda, kişi matçı seyr edərkən özünü komandanın, ya da bir
oyunçunun yerinə qoyur . Yəni, özünü onunla eyniləşdirir. Azrkeşlik
etdiyi oyunçunun, yaxud komandanın müvəffəqiyyətini öz uğuru kimi
qəbul edir. Oyun bitdiyində əgər komandası qazanıbsa, hesabı
soruşduğumuzda şəxsin "bacardıq" deməsini yəqin çoxları eşidib.
Əslində "bacardıq" kişilərin özlərini komandaları ilə nə qədər
eyniləşdirdiklərinin ən güclü dəlilidir.
Necə ki, qadınlar aktrisa və modelləri özlərinə ideal seçərək
onlara bənzəməyə çalışır, eləcə də kişilər futbolçuları özlərinə
kumir hesab edirlər. Çünki futbolçu şəxsiyyətinin özü kişiyə
şöhrət, güc, pul, rəqabət və dayanıqlılıq kimi hisslər gətirir və
kişilərin özlərini daha yaxşı hiss etməsini təmin edir.
Psixologiyada bu məlumatları dəstəkləyən "İctimai şəxsiyyət
nəzəriyyəsi"nə görə, özünə inamı olmayan şəxslər özlərini tək və
təcrid edilmiş hiss edər, qayğılı hiss edərlər. İdman tərəfdarlığı
"birlik", "bərabərlik" və "bağlılıq" duyğularının kişilərdə
yüksəlməsini təmin edir. Həmçinin depressiya riskini azaldır. Eyni
zamanda futbol, kişiləri yeknəsəklikdən uzaqlaşdırır. Qadınların
həyatı qədər rəngli və dolu olmayan həyatlarına həyəcan və coşğu
qatmasına köməkçi olur.
Ayrıca futbol kişilərin içində basdırdıqları aqressiyanı sağlam
şəkildə ortaya çıxarmasına fürsət verir. Kişilər xüsusilə matç seyr
etdikləri an dünyadan əlaqələrini kəsə bilər, heç kimin
düşüncələrinə, söylədiklərinə əhəmiyyət verməzlər.
Kişilər üçün futbol seyr etmək bir növ ictimailəşmə, ünsiyyət
formasıdır. Bu zaman azarkeşin içində hər cür strategiya və taktika
olur və beyni işlədir. Kişilər üçün futbol bir növ müalicədir .
Hörmətlərini gücləndirən, aid olma duyğusunu yaşadan, həyəcan,
coşğu və kef verib adrenalin ifraz edən müalicə. Həyatın stress,
məsuliyyət və yeknəsəkliyindən qaçış fürsəti təmin edən vasitə
sayıla bilər. Futbol yalnız bir oyun deyil, gerçək mənada kişilərə
təqdim edilə bilən bir hədiyyədir. Bununla birlikdə, yenə də diqqət
yetirməmiz lazım olan nöqtə isə hər şeydə olduğu kimi həyatımızda
futbol taraftarlığında da həddindən artığa qaçmamaqdır. Yəni
fanatikləşməmək. Nəticədə həyatdakı bir çox şey kimi futbol da
asılılığa səbəb ola bilər.