Azərbaycan "F-1" 2016 təqvimində

27 İyul 2014 15:01 (UTC+04:00)

Azərbaycanın 2016-ci ildə Formula 1 Dünya təqvimində iştirak edəcəyi bildirildi. Goal.az xəbər verir ki, Gənclər və İdman naziri Azad Rəhimov jurnalistlərə verdiyi açıqlamasında bildirib ki,  "F-1" rəhbərliyi ilə razılaşma təmin edən Azərbaycan, təşkilatın 2016-cı il təqvimində iştirak edəcək:


"Azərbaycan idmanın bütün sahələrində böyük uğurlar qazanmış bir Avropa ölkəsidir. Dünyanın böyük idman təşkilatlarına daha çox ev sahibliyi edə bilmək üçün, Bakının Formula -1 təqviminə girəcək olması, bizim adımıza çox əhəmiyyətli bir addımdır" deyə bildirib.


Əvvəlki illərdə İspaniya, Almaniya və Böyük Britaniyada keçirilən  Avropa Qrand Prisinin növbəti ev sahibliyinin Azərbaycana veriləcyi təqdirdə, yarışın start və finiş zolağının, paytaxt Bakının Azdlıq Meydanı olacağı qeyd olundu.