Modelin qaşları İngiltərəyə 8 milyon qazandırdı

28 İyul 2014 11:00 (UTC+04:00)
İngilis model Kara Delevin 21 yaşı olmasına baxmayaraq, qaşları sayəsində gözəllik ustadlarına 8 milyon pul qazandırıb.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, ingilis qadınları qaşlarını qalınlaşdıran və gurlaşdıran kosmetik vasitələrə il ərzində 8 milyon pul xərcləyiblər. Modelin sayəsində dəb formasına çevrilən qaşlara sahib olmaq artıq heç də çətin deyil. Ən maraqlısı isə budur ki, bütün dünya üzrə məşhur olan "Google" axtarış saytında hazırda Delevinin adı çəkilir. Gün ərzində minlərlə insan "qalın qaşlara sahib olmaq" yazaraq axtarış verir.

Qeyd edək ki, İngiltərədə qaşları gurlaşdıran məhsulların satışından gələn gəlirdə ötən illə müqayisədə 53 faiz artım olub.