Nərimanovda yol qəzası tıxac yaratdı
28 İyul 2014 13:14 (UTC+04:00)
Hadisə Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində qeydə
alınıb.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , qəza "Lexus" və
"Audi" markalı avtomobillərin toqquşması nəticəsində baş verib.
Yol-patrul xidməti əməkdaşlarının hadisə yerində apardığı ilkin
araşdırma nəticəsində müəyyən edilib ki, "Lexus" markalı avtomobil
Ziya Bünyadov prospekti ilə hərəkət edirmiş. Avtomobilin sürücüsü
"YOL VER" nişanına əməl etməyib və Azadlıq prospekti ilə hərəkətdə
olan "Audi"ni vurub.
Hadisə nəticəsində "Audi"nin sürücüsü xəsarət alıb. Onun xəsarəti
yüngül olduğundan ilk yardımdan sonra evə buraxılıb.
Qəza ilə əlaqədar Ziya Bünyadov və Azadlıq prospektlərinin
kəsişməsində tıxac yaranıb. Qəzaya uğrayan avtomobillər evakuasiya
edildikdən sonra nəqliyyatın normal hərəkəti tədricən bərpa
olunub.
Qəzanın təfərrüatlari isə Nərimanov Rayon Dövlət Yol Polis
şöbəsində araşdırılır.