Onlara paytaxtda silah gəzdirməyə icazə verildi
28 İyul 2014 15:07 (UTC+04:00)
Vaşinqton Federal Məhkəməsi ötən gün ABŞ-in paytaxtında üzərində
silah gəzdirmə qadağasını qüvvədən salaraq icazə verib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, hakim hesab edir ki,
ev xaricində silah alətinin daşınmasına qoyulan qadağa Amerika
Birləşmiş Ştatları Konstitusiyasına ziddir.
İnsanın gizli və ya açıq şəkildə üzərində silah gəzdirməsinə olan
qadağa 30 il davam edirdi, amma buna baxmayaraq ABŞ-in ali
məhkəməsi bu qadağanı 2008-ci ildə aradan qaldırmasına baxmayaraq
əməl edilmirdi.
Qadağanın aradan qaldırılmasına razı olmayan Kolumbiya orqanları
ola bilsin ki, ayağa qalxsın və apellasiya məhkəməsinə müraciət
etsin.
Kolumbiya sakinləri bildirilər ki, silah daşıma qadağan olunduqdan
sonra xuliqanlıq və insan öldürmə faktları 50% aşağı düşüb. Bu
səbəbdən insan ölümünün və təcavüzün yenidən artmamasını
dəstəkləyərək bu yola əl atırlar.