“Yaxın Şərqdə ölən Qərbin vicdanıdır”
28 İyul 2014 17:04 (UTC+04:00)
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə
Ərdoğan ötən gün iftar mərasimində iştirak edib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Türkiyənin baş
naziri, prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı
Əminə Ərdoğan Qadın və Demokratiya dərnəyinin (KADEM) ənənəvi iftar
mərasimində iştirak edərkən çıxışında müsəlman ölkələrində baş
verən zülmlərə toxunub.
O, Misirdə, Suriyada, Fələstində, İraqda yaşanılan zülmlərin ən çox
qadınlara və uşaqlara təsir etdiyini vurğulayıb və bu qədər baş
verənlərə dünyanın səssiz qalmasını qınayıb.
"Əslində, ölən Yaxın Şərqdəki qadınlar, uşaqlar deyil. Onlar
şəhiddirlər və yaşayırlar. Ölən isə Qərbin vicdanıdır, modern
dünyanın insafıdır, əslində ölən insanlıqdır." – deyə Əminə Ərdoğan
ürək yanğısı ilə çıxışında bird aha Qəzzalıları xatırlayıb.