Müsəlmanlara səfərbərlik çağırışı edildi
28 İyul 2014 19:00 (UTC+04:00)
Dünya Müsəlman Alimlər Birliyi bütün dünya xalqlarını çağırış
edib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Dünya Müsəlman
Alimlər Birliyi təkcə islam ölkələrini deyil, eləcə də bütün dünya
xalqlarını Qəzzaya dəstək olmağa çağırıb.
Birliyin sədri Yusif əl-Qaradavi və baş katibi Əli Qaradağinin
imzasıyla təqdim edilən yazılı açıqlamada, Qəzza xalqına dəstək
olmağın vacib bir vəzifə olduğu qeyd edilib.
"İslam və Ərəb dünyasının içində olduğu bu çətin vəziyyətdə Qəzza
xalqına dəstək olmaq üçün bütün müsəlmanları səfərbər olmağa
çağırırıq" – deyə açıqlamada bildirilib.
Həmçinin, açıqlamada İsrail ordusunun Qəzzadakı müsəlmanlara dəstək
məqsədilə Qüds və Qərbi Şəriyədə nümayiş keçirənlərə qarşı güc
tətbiq etmələri də kəskin şəkildə qınanılıb. Daha sonra isə bütün
dünya ölkələrindən Qəzzadakı hücumların təcili olaraq
dayandırılması üçün çağırışlar etmələri istənilib.