Tükan Şorayın həyatı film olacaq
29 İyul 2014 13:08 (UTC+04:00)
Türkiyə kino aktrisası haqqında film çəkilir.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, türk kinosunun
sultanı adlandırılan müasir Türkiyənin ən tanınmış qadınlarından
olan Türkan Şorayın həyatından bəhs edəcək film çəkiləcək. Filmin
rejissoruluğunu Şərif Görən, prodüserliyini isə Məhmət Görən icra
edəcək. Çəkilişlərin avqust ayında başlayacağı, gələn ilin aprel
ayında isə kinosevərlərə təqdim ediləcəyi bildirilir.
Aktrisa 28 yaşına qədər 200 (15 il ərzində) filmə çəkilib. Bu, ildə
orta hesabla 13-14 film deməkdir. Sevilən aktrisanın iştirakı ilə
cəkilən filmlər Yunanıstan və İranda, Kipr və Ərəb ölkələrində
habelə keçmiş Sovet Respblikalarında və indiki MDB ölkələrdə
müvəffəqiyyətlə nümayiş etdirilib
Keçmiş SSRİ-də o, rejissor Əjdər İbrahimovun Nazim Hikmətin əsəri
əsasında çəkdiyi "Məhəbbətim mənim, kədərim mənim" filmindəki Məhin
Banu obrazından sonra məşhurlaşıb. Antaliya və Daşkənd
kinofestivallarında "Ən yaxşı aktrisa" adına , rejissor kimi isə
Moskvada keçirilən kinofestivalında "Böyük priz" mükafatına layiq
görülüb.
Bundan başqa İstanbul və Roma kinofestivallarında da
mükafatlandırılıb. Vətən qarşısında xidmətlərinə görə ona
Türkiyənin Dövlət Sənətçisi fəxri adı verilib. Türk kinosunun
sultanı, Türkiyənin Sofi Loreni Türkan Şoray artıq neçə illərdir
qardaş ölkənin ən yüksək gəlirli sənətçiləri sırasındadır. Türkan
Şoray Ginnesin rekordlar kitabına ən çox baş rolları ifa edən
aktrisa kimi düşüb.
2010-cu ildə Türkan Şoray YUNESKO-nun sülhməramlı səfiri seçilib.