Pis qoxulu erməni məclisi
29 İyul 2014 15:00 (UTC+04:00)
Müxalifətçi Ermənistan Milli Konqressinin parlament fraksiyasının
katibi Aram Manukyan öz ölkəsini əcəb-sandala bənzədib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, badımcan, kartof,
pomidor və s. tərəvəzlərin qarışığından hazırlanan bu yemək
Ermənistanda da geniş yayılıb və Aram Manukyan bu bənzətməsini
aşağıdakı sözlərlə izah edir: "Onu da çox bişirmək lazımdır ki, pis
qoxular itsin. Bu yeməyi qəbul edən zaman mütləq araq içmək
lazımdır ki, pis qoxuları neytrallaşdırsın", - deyə Manukyan
vurğulayıb.
Manukyanın sözlərinə görə, 1999-cu ilə qədər Ermənistan
parlamentinin deputatlarının çoxu ziyalılar olub. O, Azərbaycan
oxucularının da yaxşı tanıdığı yazıçılar Hrant Matevosyan və
Vardges Petrosyanı xatırladıb.
Manukyan, təbii ki, 27 oktyabr 1999-cu ildə Ermənistan
parlamentində baş vermiş qırğını da xatırlayır. Onda prezident
Robert Koçaryana yaxın olduğu bildirilən terrorçu parlamentə
girərək spiker Karen Demirçyanı və baş nazir Vazgen Sarkisyanı
öldürüb.
Hadisə zaman bütövlükdə 8 nəfər öldürüldü. Həmin vaxtdan
Ermənistanda təcrübəli və ziyalı adamların parlamentdə təmsil
olunması nadir hal sayılır.