Suriyadakı azərbaycanlılardan xəbər var
29 İyul 2014 15:09 (UTC+04:00)
Suriyada azərbaycanlıların üstünlük təşkil etdiyi "Kətibətül
Mühacirin" qrupu dağılıb.Movqe.az ANS PRESS-ə istinadən xəbər verir
ki , qrup yenisi ilə əvəz edilib. Onun Hələb ətrafında yerləşən 3
müxalif qrupla birləşdiyi bildirilir.
"Fecr-ul Şam", "Şam-ul İslam" və "Kətibətul Hadra" və "Kətibətul
Mühacirin"qrupları birləşərək "Ensarud Din Cəphəsi" adlı
qruplaşmanı yaradıblar.
Qeyd edək ki, bir müddət bundan öncə Suriyada Bəşər Əsəd
qüvvələrinə qarşı döyüşlərdə çeçen Əbu Ömərin rəhbərlik etdiyi
"Kətibətül Mühaciri"nin tərkibində azərbaycanlılardan ibarət
dəstəyə başçılıq edən "Əbu Yəhya" ləqəbli Azərbaycan vətəndaşı
öldürülüb.
"Əbu Yəhya əl Azəri" Suriyanın Hama şəhərində gedən döyüşlərdə
hökumət qüvvələrinin 66 bölükdən ibarət hərbi bazasını mühasirə
altında saxlayan zaman qırıcı təyyarələrin bombardmanı nəticəsində
ağır yaralanıb. O, çox qan itirdiyi üçün keçinib. Həmin gün Hama
şəhərinin Artma kəndindəki "Əbu Müslim" qəbristanlığında dəfn
olunub.