Özbək müğənni yenidən Bakıya gəlir

29 İyul 2014 17:06 (UTC+04:00)
Noyabrın 8-9-da Beynəlxalq Muğam Mərkəzində dünya etnik musiqisinin ulduzu Sevara Nazarxan geniş konsert proqramı ilə çıxış edəcək.

Movqe.az AzerTac-a istinadən xəbər verir ki , Özbəkistanın sevilən müğənnisinin konserti musiqi dünyasında həmişə mühüm hadisəyə çevrilir.

Qeyd edək ki, bu ilin aprel ayında Sevara Nazarxan Bakıda konsert vermişdi. Onun Azərbaycan ifaçıları Rövşən Qurbanov (tar) və Elnur Zeynalov ilə (xanəndə) kollaborasiyası qızğın müzakirələrə səbəb olmuşdu.

Özbək müğənninin qastrolunu təkrarlaması üçün tamaşaçıların çoxsaylı xahişləri diqqətdən kənar qalmayıb və Sevara Nazarxan ekskluziv proqramla geri qayıtmağa qərar verib.