Fransa xristian qaçqınlara qucaq açır
29 İyul 2014 18:18 (UTC+04:00)
Fransa ağır döyüşlərin getdiyi Suriyadan və son günlər radikal
qüvvələrin yaratdıqları qarşıdurma nəticəsində gərgin vəziyyətin
yarandığı İraqdan olan xristian qaçqınlara sığınacaq verməyi qərara
alıb.
Movqe.az AzerTac-a istinadən xəbər verir ki ,bu barədə ölkənin
xarici və daxili işlər nazirləri keçirdikləri mətbuat konfransında
bəyan ediblər.
Hər iki nazir həyatları üçün yaranan təhlükəyə görə uzun illər
yaşadıqları İraqı və Suriyanı tərk edən minlərlə xristian qaçqına
humanitar yardımın göstərilməsinin vacibliyini qeyd edib.
Onlar bildiriblər ki, əgər qaçqınlar arzu edərlərsə, Fransa onlara
sığınacaq verməyə və hər cür yardım göstərməyə hazırdır.