Yunanlardan Qəzzaya böyük yardım
29 İyul 2014 19:01 (UTC+04:00)
Yunanıstanda yardım məqsədilə təşkil edilən konsertdə Qəzza üçün
xeyli dərman toplanılıb.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, paytaxt Afinanın
Sintaqma meydanında keçirilən konsert məkanında Qəzzaya kömək
məqsədli qoyulan masaya yunanların axını olub. Masa arxasında duran
nümayəndələrə vətəndaşlar öz imkanları ilə satın aldıqları təxminən
30 min qutu dərman veriblər.
Yardım aksiyasında iştirak edən fələstinli Avad Xəlil yunanlara öz
təşəkkürünü bildirib. O, həmçinin bu qədər kömək göstəriləcəyini
gözləmədiyini də qeyd edib. Onlar hazırda dərmanların necə
göndəriləcəyi barədə düşünürlər.
Qeyd edək ki, son məlumatlara əsasən İsrailin Qəzza sektorunda
apardığı hərbi əməliyyatlar zamanı ölən fələstinlilərin sayı
1067-yə çatıb, çox sayda yaralı var.