Cəbhədə gərgin gecə
30 İyul 2014 10:30 (UTC+04:00)
Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Müdafiə
Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata
görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs
rejimi ümumilikdə 111 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan
Respublikasının İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə,
Vazaşen, Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax
rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Məzəm, Qızılhacılı,
Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində yerləşən mövqelərimizi
atəşə tutublar.
Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən
mövqelərdən Tovuz rayonunun Ağdam Koxanəbi kəndində yerləşən
mövqelərimiz də atəşə məruz qalıb.
Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şuraabad, Baş Qərvənd, Şıxlar,
Sarıcalı, Novruzlu, Qaraqaşlı, Cəvahirli, Şirvanlı, Füzuli
rayonunun Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı,
Qaraxanbəyli, Qorqan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Xocavənd
rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu, Cəbrayıl
rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə
yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə
tutulub.
Qarşı tərəf cavab atəşi ilə susdurulub.