İŞİD əsgərləri üçün evlənmə bürosu
30 İyul 2014 11:30 (UTC+04:00)
Qondarma İraq və Şam İslam dövləti yaradan İŞİD təşkilatı zəbt
olunan Suriya və İraq ərazilərində fəaliyyət göstərəcək və sırf
İŞİD əsgərlərinə xidmət edəcək nikah agentliyi açıb. ANS PRESS-in
məlumatına görə, agentlikdə İŞİD üzvləri ilə evlənmək istəyən
xanımlar üçün tanışlıq xidməti və evlənmə bürosu fəaliyyət
göstərəcək. Bir İŞİD-çinin yoldaşı olmaq istəyən zərif cinsin
nümayəndələri burada özlərinə əsl "mücahid" tapa bilər.
Yeni xidmət təşkilatçılarının dediyinə görə onların qapısı "əsl
cihadçı" arzusunda olan tənha və dul xanımlar üçün açıqdır. Bu cür
tanışlığa razı olacaq xanımlar özləri barədə məlumatı büroya təqdim
etməli və hər hansı bir yaraqlının onu bəyənib, seçməsini
gözləməlidir. Bu dəfə seçimini etmiş İŞİD üzvü özü xanımın qapısın
döyüb ona evlilik təklifi edə bilər.
Agentlik tərəfindən yeni evlənmiş cütlüyə qondarma İslam dövlətinin
hər hansı bir bölgəsinə avtobus turları xidməti də təklif edilir.
Avtobus həftədə 2 dəfə Suriyanın Anbar şəhərindən tərpənir. Onun
axrıncı dayanacağı isə İraqın Raka şəhəridir.
Bu arada qısamüddətli münasibətlər təşkilatçılar tərəfindən qəti
şəkildə bəyənilmir, nigahdan kənar əlaqələr isə ciddi
cəzalandırılır.