Artıq acmayacağıq!

30 İyul 2014 11:17 (UTC+04:00)

Beynə "doymaq" ismarıcı göndərən hüceyrələr kəşf edilib. Movqe.Az xəbər verir ki, kəşf sayəsində bir çox əsəbi vəziyyətin səbəbi aydınlaşdırıla biləcək. ABŞ-da, siçanlar üzərində edilən təcrübədə, yemək istəyinə tab gətirən beyin hüceyrələri kəşf edilib.

 "Nature Neurosciences" adlı jurnalda nümayiş olunan məqaləyə görə, bu mərkəzdəki neyronların təsirli hala gəlməsiylə, siçanlar yemək yeməyi dayandırıb. Araşdırma, Kaliforniya Texnologiya İnstitutunun elm adamları tərəfindən icra edilib. Professor Deyvid Anderson, kəşf edilən bu hüceyrələrin beyinə "toxluq" mesajı göndərdiyini və bənzər hüceyrələrin insan beynində də olduğunu düşündüklərini bildirib.  Elm adamları sonrakı addım olaraq sözügedən hüceyrələrin, iştaha təsir edən digər sinir mərkəzləri ilə necə əlaqədə olduğunu araştıracaqlarını söyləyib.