Sürücülərə şad xəbər

30 İyul 2014 12:13 (UTC+04:00)
Paytaxtda daha bir yolda hərəkət bərpa edilib. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən  Movqe.az-a verilən məlumata görə, Cavadxan küçəsində (4-cü mikrorayon dairəsi) Memar Əcəmi metrosu istiqamətində aparılan təmir işləri başa çatdırıldığı üçün yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib. Xatırladaq ki, Tbilisi prospektində - Salamzadə küçəsi ilə kəsişmədən Cavadxan küçəsi ilə kəsişməyə qədər olan hissədə də ötən il təmir işləri aparılıb. Salamzadə küçəsilə kəsişmədən Cavadxan küçəsilə kəsişməyə qədər əraziyə yeni asfalt ötrüyü çəkilib.