Həccə getmək istəyənlərin nəzərinə!
30 İyul 2014 14:20 (UTC+04:00)
Bu il Səudiyyə Ərəbistanına gedəcək müsəlmanlar yeni prosedurlardan
keçəcək.
ANS PRESS-in məlumatına görə, son iki dəyişiklikdən sonra hacı
olmaq istəyənlərdən səyahət etmək üçün sağlamlıq haqqında sənəd və
barmaq izi istəniləcək. Bu tələblər Səudiyyə Ərəbistanı tərəfindən
irəli sürülüb.
Türkiyə Dəyanət işləri türk islam birliyinin Həcc və ümrə üzrə
məsul şəxsi Əli Özdəmir bu barədə məlumat verib. Onun sözlərinə
görə, Səudiyyə Ərəbistanı bu il təşkilatçılara bir sıra
dəyişikliklər olması barədə məlumat verib.
"Bunlardan biri zəvvarların həkimdən xüsusi sağlamlıq kağızı
almaları ilə bağlıdır. İkinci dəyişikliyə görə, Avropadan səyahətə
gələnlərdən barmaq izi alınacaq. Bu həlilik tam dəqiqiləşməyib.
Qarşıdakı günlərdə dəqiq məlumat veriləcək".
Bu prosedur ilk dəfə tətbiq olunacaq. Yeni dəyişikliklər
müsəlmanların gömrükdən girişini asanlaşdırmaq məqsədilə
edilib.
Hacı olmaq istəyən müsəlmanlar sağlamlıq haqqında sənədi öz
həkimlərindən ala biləcəklər. Barmaq izi vermək isə xüsusi səyyar
xidmət vasitəsi ilə mümkün olacaq.